Maliyyə nazirinə yeni müavin təyin olunub
Beləliklə, bu təyinatdan sonra maliyyə nazirinin müavinlərinin sayı dördə çatıb.
Bu təyinatadək N.Həsənov Maliyyə Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb. O, bu vəzifəyə 2025-ci il martın 10-da təyin olunub.
N.Həsənov Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib, Azərbaycan Dövlət İqtisad Universitetində magistratura təhsili alıb. Hazırda İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aspirantıdır. Əmək fəaliyyətinə 2001-ci ildə özəl sektorda başlayan N.Həsənov 2008-ci ilədək bir sıra şirkət və təşkilatlarda müxtəlif vəzifələrdə çalışıb.
2008–2011-ci illərdə İqtisadiyyat Nazirliyində Sahibkarlığın inkişafı siyasəti şöbəsində Sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsi sektorunun məsləhətçisi, 2011–2012-ci illərdə həmin nazirliyin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsində Qeyri-neft sahələrinin inkişafı sektorunun müdiri olub.
2012–2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdir müavini, 2018–2025-ci illərdə isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində çalışıb.
N.Həsənov ailəlidir, üç övladı var.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


