Hakan Fidan: "Terrorla vidalaşmaq vaxtıdır"

      Hakan Fidan:    "Terrorla vidalaşmaq vaxtıdır"
  08 Yanvar 2026    Oxunub:1625
Suriya Demokratik Qüvvələrinin separatçılıq və terrorla vidalaşmaq vaxtıdır.
AzVision.az "CNNTurk"ə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada omanlı həmkarı Bədr bin Hamed əl-Busaidi ilə keçirdiyi birgə mətbuat konfransında Suriyada baş verən son hadisələri qiymətləndirərkən deyib.

Nazir bildirib ki, Suriya Demokratik Qüvvələri (SDQ) nəzarəti altında olan əraziləri nəyin bahasına olursa-olsun saxlamağa çalışır:

"Bu qruplaşma Suriyanın sülh və sabitliyə qovuşmasının qarşısındakı ən böyük maneədir. Belə barışmaz mövqe Suriyanın və bölgənin reallıqlarına ziddir. SDG-nin terrora və separatçılığa artıq vida etmək vaxtıdır".

H.Fidan qeyd edib ki, Suriya hökumətinin keçən həftə SDQ ilə baş tutan təmaslar ətraflı dəyərləndirilib:

"Türkiyə olaraq arzumuz bölgədəki həssaslıqları nəzərə alan və Suriyaya sabitlik gətirəcək bir razılaşmaya nail olmaqdır".

AzVision.az



Teqlər:



Xəbər lenti