Tramp ermənipərəst Menendesi əfv etmək fikrində deyil

   Tramp ermənipərəst Menendesi əfv etmək fikrində deyil
  09 Yanvar 2026    Oxunub:1407
ABŞ prezidenti Donald Tramp bir sıra tanınmış şəxsləri əfv etməyi düşünmədiyini bildirib.
AzVision.az xəbər verir ki, Amerika lideri “New York Times (NYT)” qəzetinin müxbirinin konkret adlarla bağlı sualının cavabında belə deyib.

“Adları çəkilən fiqurlar arasında ABŞ Konqresinin ən ifrat ermənipərəst lobbiçilərindən biri, 2024-cü ildə korrupsiyada təqsirli bilinən keçmiş senator Robert Menendes, 2023-cü ildə müştərilərin milyardlarla dollarını mənimsəməkdə təqsirli bilinən kriptovalyuta sahibkarı Sam Benkman-Frid və Venesuela prezidenti Nikolas Maduro da var”, - xəbərdə qeyd olunur.

Menendesin arvadı ərinin dalınca göndərildi
Daha əvvəl Menendesin Trampdan əfv almağa çalışdığı barədə məlumat yayılmışdı. Maraqlıdır ki, 2006-2024-cü illərdə Senatın üzvü olarkən o, iki dəfə - 2019 və 2021-ci illərdə Trampın impiçmentinə səs verib.

Xatırladaq ki, 2024-cü il iyulun 16-da Nyu-York məhkəməsi Menendesi bütün 16 korrupsiya maddəsi üzrə təqsirli bilərək 11 il həbs cəzasına məhkum edib. Hökmdən sonra o, senatorluqdan istefa verdiyini açıqlayıb.

Ötən ilin sentyabrında isə, Nyu-York Dairə Məhkəməsinin hakimi Robert Menendesin həyat yoldaşı Nadin Menendesi (Arslanyan) də 4,5 il müddətinə azadlıqdan məhrum edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Menendes   əfv  



Xəbər lenti