Ukrayna BMT TŞ-nin iclasını çağırır

Ukrayna BMT TŞ-nin iclasını çağırır
  09 Yanvar 2026    Oxunub:2165
Rusiyanın Ukraynanın Lvov vilayətinə “Oreşnik” raketləri ilə zərbələrindən sonra Kiyev təcili olaraq BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasının çağırılmasını tələb edib.
AzVision.az xəbər verir ki, Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqa bununla bağlı məlumat yayıb.

“Avropa İttifaqı (Aİ) və NATO sərhədlərinə yaxın ərazidə belə bir zərbə Avropa qitəsində təhlükəsizliyə ciddi təhdiddir və transatlantik birlik üçün sınaqdır. Biz Rusiyanın ağılsız hərəkətlərinə qəti cavab tələb edirik”, - Ukrayna XİN-in rəhbəri vurğulayıb.

Rusiya Ukraynaya zərbələr endirib: ölənlər var | VİDEO
Andrey Sibiqanın sözlərinə görə, Ukrayna BMT TŞ-nin təcili iclasının, Ukrayna-NATO Şurasının yığıncağının, həmçinin Aİ, Avropa Şurası və ATƏT çərçivəsində cavab tədbirlərinin keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Xatırladaq ki, yanvarın 9-na keçən gecə Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərinə və Lvov vilayətinə “Oreşnik”, “Kinjal” və “Kalibr” raketləri, habelə PUA-lar vasitəsilə endirdiyi zərbələr nəticəsində 4 adamın öldüyü, 16 nəfərin isə yaralandığı bildirilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   Rusiya   BMT  



Xəbər lenti