Dual peşə təhsili proqramı üzrə monitorinqə başlanılıb
Monitorinq prosesi onlayn sorğular və yerində görüşlər vasitəsilə həyata keçirilir. Bu yanaşma dual təhsil proqramının həm məzmun, həm də texniki icra aspektlərinin əhatəli şəkildə təhlilinə imkan yaradır.
Aralıq monitorinq çərçivəsində Bakı şəhərində yerləşən peşə təhsili müəssisələrində bir sıra ixtisaslar üzrə tələbələr, müəllim və usta heyəti ilə birbaşa görüşlər təşkil edilib. Eyni zamanda, tələbələrin istehsalat təcrübəsi keçdiyi müəssisələrdə özəl sektor nümayəndələri ilə monitorinq görüşləri keçirilib.
Monitorinq tədbirləri Bakı şəhəri ilə yanaşı, regionlarda yerləşən peşə təhsili müəssisələrini də əhatə edəcək. Dual peşə təhsili proqramı üzrə yekun monitorinqin tədris ilinin sonunda həyata keçirilməsi və nəticələrin ümumiləşdirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, 2025–2026-cı tədris ilində dual peşə təhsili proqramına 1704 nəfər qəbul olunub. Proqram cari tədris ilində 27 peşə təhsil müəssisəsində, 39 ixtisas üzrə, 150-dən çox işəgötürənin iştirakı ilə icra olunur. Qəbul olunanlardan 1019 nəfəri kişi, 658 nəfəri isə qadındır.
AzVision.az
Teqlər: PTDA dual monitprinq







Vaxtında, Aydın, Lazımlı!


