Rəsmi hissədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ölkəmizdə idmanın inkişafına göstərdiyi dəstəyi xüsusi vurğulayan federasiyanın prezidenti Elçin Quliyev 2025-ci ildə əldə olunan uğurlar və 2026-cı il üçün qarşıya qoyulan məqsədlər barədə geniş çıxış edib.
Gənclər və idman naziri Fərid Qayıbov federasiyanın 2025-ci il ərzində fəaliyyətini yüksək qiymətləndirərək göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Tədbirin davamında federasiyanın baş katibi Emil Seyidov 2025-ci il üzrə fəaliyyətlər, 2026-cı il üçün hədəf və planlar barədə ilin yekun hesabatını vermiş, əldə olunan nailiyyətlərə görə fərqlənmiş şəxslər və komandalar üzrə mükafatlandırma mərasimi keçirilib.
2025-ci ilin nominasiyaları:
İlin ən obyektiv və peşəkar yarış hakimi – Zaur Tahirov;
Hakimlik sahəsində uzunmüddətli xidmətə görə – Əli Qasımov;
Cıdır yarışları üzrə ilin ən uğurlu jokeyi – Azər Əliyev;
Cıdır yarışları üzrə ilin ən yaxşı klubu və Qarabağ atı sahibi – Buta Qolden Atçılıq Klubu;
Cıdır yarışları üzrə ilin ən uğurlu Dilbaz atı sahibi – Adil Axundov;
Cıdır yarışları üzrə ilin ən yaxşı məşqçisi – Ramiz İbrahimov;
Cıdır yarışları üzrə ilin perspektivli gənc jokeyi – Sadiq Azayev;
Çövkən üzrə ilin ən peşəkar komandası – Sərhədçi Çövkən Komandası;
Çövkən üzrə ilin ən məhsuldar oyunçusu – Rəşad Həsənov;
Çövkən üzrə ilin ən perspektivli gənc oyunçusu – Əhməd Abduyev;
Konkur üzrə ilin ən uğurlu məşqçisi – Seyid Musayev;
Konkur üzrə ilin ən yaxşı idmançısı – Rahib İsmayılov;
Konkur üzrə ilin ən uğurlu klubu – Gilan Atçılıq İdman Klubu;
Regionlarda yorğa atçılığının inkişafına töhfəyə görə – Elman Allahverdiyev;
Yorğa atçılığı üzrə ilin ən yaxşı çaparı – Xəlil Allahverdiyev;
Yorğa atçılığı üzrə ilin ən uğurlu at sahibi – İsfəndiyar Rəhimov;
Dresaj üzrə ilin ən yaxşı idmançısı – Aydın Əlibəyov;
İlin ən fəal baytar həkimi – Məhəmməd Musayev;
İlin ən fəal atçılıq media tərəfdaşı – İdman TV;
İlin şərhçisi – Fikrət Adıgözəlov;
Beynəlxalq arenada uğurlu çıxışlara görə – Sərhədçi Süvari Dəstəsi;
Beynəlxalq arenada ilin ən uğurlu süvarisi – Orxan Cəfərov;
Beynəlxalq arenada ilin ən uğurlu xanım süvarisi – Elvina Valeşeva;
Atçılıq idmanının təbliğində fəal iştirakına görə – Xəyalə Hüseynli;
Atçılıq idmanının rəqəmsal platformalarda təşviqinə töhfə – Sirac Bəyəlizadə;
Tədbirin sonunda qonaqlar və təltif olunmuş heyətlə xatirə fotoşəkilləri çəkdirilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


