Böyük Britaniya hərbi bazaları qorumaq üçün lazer silahından istifadə edəcək
Məlumata görə, Müdafiə Nazirliyi lazer silahlarının hava hücumundan müdafiə sistemlərinə necə inteqrasiya olunacağını təhlil edir.
Nəşr bildirir ki, Kral Dəniz Qüvvələrinin 45-ci tipli esminetsləri 2027-ci ildən etibarən DragonFire sistemləri ilə təchiz ediləcək. Qeyd olunur ki, 2025-ci ilin noyabr ayında Avropa müdafiə şirkəti MBDA-nın Britaniya bölməsi Böyük Britaniya hökumətindən ölkə donanmasının lazer sistemləri ilə təchiz olunması üçün 316 milyon funt sterlinq (425 milyon dollar) dəyərində müqavilə alıb.
Vurğulanır ki, lazer sisteminin hər atışı cəmi 10 funt sterlinqə başa gəlir və bir kilometr məsafədən bir funtluq sikkəni vuracaq qədər yüksək dəqiqliyə malikdir. Müdafiə Nazirliyi bu texnologiyanı ənənəvi raket sistemləri ilə müqayisədə daha səmərəli hesab edir. Belə ki, hər bir Sea Viper raketinin buraxılışının təxminən 1 milyon funt sterlinqə başa gəldiyi bildirilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


