Ukraynanın müdafiə naziri istefa verdi
İddialara əsasən, Denis Şmıqalın yaxın günlərdə energetika naziri vəzifəsinə təyin olunacağı gözlənilir. Rəqəmsal transformasiya naziri Mixayil Fedorovun isə Müdafiə Nazirliyinin rəhbəri postunu tutacağı qeyd olunur. Bu baş verəcəyi təqdirdə, Fedorov 2022-ci ilin fevral ayından etibarən Ukraynanın müdafiə naziri postunu tutan dördüncü şəxs olacaq.
Qeyd edək ki, Ukraynada davam edən müharibə fonunda hökumətdə tez-tez kadr dəyişikliklərinin aparılması təhlükəsizlik və idarəetmə sahəsində yeni yanaşmaların tətbiqi ilə əlaqələndirilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


