II Qareginin əleyhinə çıxan arxiyepiskopların sıraları genişlənir

II Qareginin əleyhinə çıxan arxiyepiskopların sıraları genişlənir
  10 Yanvar 2026    Oxunub:2082
Erməni kilsəsinin yenilənməsi prosesinə qoşulan arxiyepiskopların sayı artır.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan özünün “Telegram” hesabında paylaşım edib.

Onun sözlərinə görə, erməni kilsəsinin yenilənməsi prosesinə qoşulan arxiyepiskopların sayı 16-ya çatıb.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan hazırkı katolikosa müxalif olan 10 yepiskopla birlikdə erməni kilsəsinin yenilənməsi üzrə koordinasiya şurasının yaradıldığını elan edib.

Paşinyan: “Generallar da Qaregini xilas edə bilməyəcək”
Şuranın qəbul etdiyi sənəddə kilsədə islahatların təşviqi, hazırkı kilsə başçısının vəzifədən uzaqlaşdırılması, katolikosun yerinə müvəqqəti rəhbərin seçilməsi, kilsənin nizamnaməsinin qəbulu və bütün ermənilərin Katolikosunun müəyyən olunmuş qaydada seçilməsi nəzərdə tutulur.

Bundan sonra İrəvan küçələrində Nikol Paşinyanın rəhbərliyi alıtnda çoxsaylı insanın iştirakı ilə dini yürüş keçiriliib. Baş nazir bildirib ki, bəzi qüvvələr kilsəni Ermənistan Respublikasına qarşı yönəlmiş addımlar üçün dayaq nöqtəsinə çevirməyə çalışırlar. O, buna imkan verməyəcəklərini, Katolikos II Qareginin də Serj Sarkisyan kimi gedəcəyini bəyan edib.

AzVision.az


Teqlər:   Paşinyan   IIQaregin   arxiyepiskoplar  



Xəbər lenti