ABŞ İranı vurmağa hazırlaşır

// İsrail isə artıq yeni hökumətlə dostluq planı qurur

   ABŞ İranı vurmağa hazırlaşır
  11 Yanvar 2026    Oxunub:2740
Tramp adminstrasiyası lazım gələcəyi təqdirdə İrana hərbi zərbələr endirilməsi planını müzakirə edib. “The Wall Street Journal”ın əldə etdiyi məlumata görə, müzakirə olunan əsas məsələlərdən biri ölkədəki bir sıra hərbi obyektlərin havadan vurulması olub.
Amma konkret hansı addımların atılacağı ilə bağlı hökumətn daxilində fikir birliyi yoxdur. Müzakirələr hələ ki standart planlama prosedurunun ilkin mərhələsindədir.

Maraqlıdır ki, bu əsnada ABŞ-nin dövlət katibi Mark Rubio İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıb. İsrailin “12-ci kanal” televiziyasının məlumatına görə, söhbətin əsas mövzusu İrandakı etirazlar olub. Aydndır ki, ABŞ İrana hərbi zərbələr endirəcəksə, bunu İsrailin iştirakı olmadan etməyəcək. “Reuters”in Təl-Əvivdəki mənbələrə istinadla verdiyi məlumatına görə, İsrailin hərbi qüvvələri ABŞ-nin İrana mümkün müdaxiləsilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib.

İran parlamentinin sədri Muhəmməd Bağır Qalibaf isə bildirib ki, İrana endirilən istənilən zərbə İsrail dövlətini və ABŞ-nin regiondakı bazalarını qanuni hədəfə çevirəcək.

Bu arada “Maariv” qəzeti maraqlı bir iddia ilə çıxış edib: İsrailin baş naziri Benyamin Netahyahu qapalı müzakirələrdə İranın “İbrahim sazişi”nə qoşumlası təklifini irəli sürüb. Qəzet yazır ki, yəhudi hökuməti məsələni artıq İran müxalifətinin tanınmış simaları ilə müzakirə edib. Təl-Əviv İrandakı etirazların uğurla nəticələnəcəyinə əmindir və indidən İranın gələcək hökuməti ilə münasibətlər qurmağa hazırlaşmağa başlayıb. Bu fonda hətta Səudiyyə Ərəbistanı ilə müzakirə edilən və Trampın da dəstəklədiyi sülh prosesi də ikinci plana keçib.

Tariyel Həsənov
AzVision.az


Teqlər: İran   ABŞ   İsrail  



Xəbər lenti