Tramp Rubionun Kuba prezidenti olması ideyasını dəstəkləyib

Tramp Rubionun Kuba prezidenti olması ideyasını dəstəkləyib
  11 Yanvar 2026    Oxunub:1207
ABŞ prezidenti Donald Tramp Dövlət katibi Marko Rubionun Kuba prezidenti olması ilə bağlı irəli sürülən zarafat xarakterli ideyanı dəstəkləyib.
“Məncə, yaxşı fikirdir”, — deyə Tramp "X" istifadəçilərindən birinin (Cliff Smith) Rubionun Kuba rəhbərliyi postuna namizədliyini təklif etdiyi paylaşımına özünün Trurh Social hesabında münasibət bildirib.

Trampın bu reaksiyası sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və KİV-in diqqətini cəlb edib. Bu maraq, xüsusilə Marko Rubionun ABŞ-ın xarici siyasəti və Latın Amerikası ilə bağlı məsələlərdə fəal mövqeyi fonunda artıb.

Röya Əliyeva
AzVision.az



Teqlər:



Xəbər lenti