Netanyahu: " İsrail İranla əməkdaşlığa hazırdır"
“Biz İranın qəhrəman və cəsur vətəndaşlarını dəstəkləyirik və hakimiyyət dəyişdikdən sonra hər iki xalqın rifahı naminə birlikdə yaxşı işlər görəcəyik. O gün gəldikdə, İsrail və İran yenidən firavan və sülh dolu gələcəyin qurulmasında tərəfdaş olacaqlar”, – deyə Netanyahu bildirib.
Bir müddət əvvəl İran parlamentinin (Məclisin) sədri Məhəmməd Baqer Qalibaf ABŞ-ın İrana mümkün hücumu halında Tehranın İsrailə və ABŞ-nin yaxın şərqdəki obyektlərinə zərbələr endirəcəyi barədə xəbərdarlıq etmişdi.
Reuters agentliyinin məlumatına görə isə, ABŞ-ın İrana mümkün müdaxiləsi fonunda İsrail hərbi qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Məhəmmədəli Həsənli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


