Rusiyadan qarabaşağın ən böyük alıcısı ABŞ-dir

Rusiyadan qarabaşağın ən böyük alıcısı ABŞ-dir
  12 Yanvar 2026    Oxunub:852
2025-ci ilin yanvar-oktyabr aylarında Rusiya Kanadanı geridə qoyaraq ABŞ-yə ən böyük həcmdə qarabaşaq tədarükçüsü olub.
AzVision.az xəbər verir ki, ABŞ-nin Statistika Xidmətinin hesabatına istinad enə Rusiya mətbuatının məlumatına görə, ötən ilin ilk 10 ayı ərzində Rusiya şirkətləri Birləşmiş Ştatlara 1,8 milyon dollarlıq qarabaşaq satıblar. Kandanın müvafiq dövrdə bu göstəricisi 1,6 milyon dollar təşkil edib.

Hesablamalara əsasən, amerikalılar Rusiyadan qarabağaq yarmasını ən böyük həcmdə 2022-ci ildə alıblar ki, bu da 3,3 milyon dollar dəyərində olub.

Nəticədə Rusiya qarabaşaq tədarükünə görə Kanadanı qabaqlayaraq, Amerika bazarında ən böyük ixracatçıya çevrilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Rusiya   qarabaşaq  



Xəbər lenti