Yük maşını İrandakı etirazçılara dəstək mitinqini taran edib | VİDEO

   Yük maşını İrandakı etirazçılara dəstək mitinqini taran edib    | VİDEO
  12 Yanvar 2026    Oxunub:708
ABŞ-də yük maşını Los-Ancelesdə iranlı etirazçılara dəstək nümayişi keçirən nümayişçilərin üzərinə sürülüb. Avtomobilin sürücüsü saxlanılıb.
AzVision.az “Los Angeles Times (LYT)” nəşrinə istinadən xəbər bildirir ki, hadisə yanvarın 11-də təxminən 3000 nümayişçinin toplaşdığı Vestvud rayonunda baş verib.

“Şəhər yanğınsöndürmə idarəsindən verilən məlumata görə, yük maşını 1 nəfəri vurub, o, ciddi xəsarət almayıb. Digər iki iştirakçıya hadisə yerində tibbi yardım göstərilib, bundan sonra onlar həkimlərin əlavə nəzarətindən və yardımından imtina ediblər”, - qəzet yazır.

Yayımlanan xəbərlərdə yük maşınının sürücüsünün hüquq-mühafizə orqanları gələnə qədər etirazçılar tərəfindən döyüldüyü və onu saxlanıldığı bildirilir. Los-Anceles polisinin kapitanı Riçard Qabaldon sürücünün yaralandığını təsdiqləyib. O, dəqiqləşdirib ki, əvvəllər heç bir cinayət törətməmiş sürücü ölümcül silahla hücum etməkdə ittiham oluna bilər.

ABŞ Baş prokurorunun köməkçisi Bill Essayli Ədliyyə nazirliyinin insidentdən xəbərdar olduğunu və Federal Təhlükəszilik Bürosu (FTB) agentlərinin hadisə yerində işləydiyini açıqlayıb.

- FTB hadisə yerindədir və sürücünün motivini müəyyən etmək üçün Los-Anceles polisi ilə işləyir. İstintaq davam edir və daha çox məlumat əldə olunduqca ictimaiyyəti məlumatlandıracağıq”, - Bill Essayli “X” social şəbəkəsindəki jesabında paylaşım edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Los-Anceles   mitinq   taran  



Xəbər lenti