“Mən rejimin etirazçıları qəddarcasına sıxışdırmasına cavab olaraq əlavə sanksiyalar təklif etməyə hazıram. Bu rejimin “etirazları yatırmaq təcrübəsi var” və Avropa təhlükəsizlik qüvvələrinin sərt cavabını görür. Vətəndaşlar seçdikləri gələcək üçün mübarizə aparır və onların eşidilməsi üçün hər şeyi riskə atırlar”, - Kallas deyib.
|
| Yük maşını İrandakı etirazçılara dəstək mitinqini taran edib | VİDEO |
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen daha əvvəl Brüsselin vəziyyətə “nəzarət etdiyini” bildirmişdi. Avropa Parlamentinin (AP) sədri Roberta Metsola isə “X” sosial şəbəkəsində etdiyi paylaşımda “Avropa öz vəzifəsini və hərəkətə keçmə borcunu tanımalıdır” ifadəsini yazmışdı.
Xatırladaq ki, yanvarın 11-də Los-Ancelesdə sürücü idarə etdiyi yük maşınını iranlı etirazçılara dəstək nümayişi keçirən nümayişçilərin üzərinə sürüb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


