Pakistanda terror hadisəsi baş verib

Pakistanda terror hadisəsi baş verib
  12 Yanvar 2026    Oxunub:1125
Pakistanın şimal-qərbində yerləşən Tank rayonunda polis avtomobilinə qarşı törədilən partlayış nəticəsində yeddi polis əməkdaşı ölüb.

AzVision.az xəbər verir ki, bu barədə " Reuters " yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, uzaqdan idarə olunan partlayıcı qurğunun işə salınması nəticəsində beş polis əməkdaşı hadisə yerində, daha iki nəfər isə xəstəxanada ölüb.

Hücumun məsuliyyətini "Təhriki-Taliban" qruplaşması öz üzərinə götürüb.

AzVision.az



Teqlər:



Xəbər lenti