SOCAR qazma trestində yeni platformanı istifadəyə verib

SOCAR qazma trestində yeni platformanı istifadəyə verib
  12 Yanvar 2026    Oxunub:466
“Quality & Document Management System” (QDMS) platforması “Kompleks qazma işləri” trestində uğurla istifadəyə verilib.
AzVision.az bu barədə SOCAR-ın “Kompleks Qazma İşləri Tresti"nə istinadən xəbər verir.

Bildirilib ki, bu platforma SOCAR üzrə rəqəmsal keyfiyyət idarəetməsi yol xəritəsinin bir hissəsi olacaq.

Sözügedən platforma keyfiyyətə əminlik və nəzarət mexanizmlərinin şəffaf, izlənəbilən və standartlara uyğun şəkildə idarə olunmasını təmin edir.

Növbəti mərhələdə SOCAR üzrə istifadəçi əhatəsi mərhələli şəkildə genişləndiriləcəkdir.

Bu cür platformaların tətbiqi SOCAR-da əməliyyat mükəmməlliyi, standartlaşdırma və davamlı təkmilləşmə hədəflərinə mühüm töhfə verməkdədir.

AzVision.az



Teqlər:



Xəbər lenti