Zelenski: “Rusiya yeni zərbələr hazırlayır”

   Zelenski:    “Rusiya yeni zərbələr hazırlayır”
  13 Yanvar 2026    Oxunub:1392
Yaxın gələcəkdə Rusiya Ukraynaya yeni kütləvi birləşmiş hücuma keçə bilər.
AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski öz-Telegram kanalında belə yazıb.

“Kəşfiyyatımızın məlumatları var: ruslar yeni kütləvi zərbə hazırlayır. Hava hücumundan müdafiə vasitələri və raketləri tükəndirmək üçün pilotsuz təyyarələr. Onlar soyuqdan istifadə etmək istəyirlər. Yaxın gələcəkdə yeni zərbə baş verə bilər. İnsanlarımızı sayıq olmağa və özlərini qorumağa çağırıram”, - Zelenski bildirib.

Rusiya Ukraynaya zərbələr endirib: ölənlər var | VİDEO
Ukrayna prezidenti qeyd edib ki, Rusiyanın kritik infrastruktura zərbələrindən sonra Ukraynanın bir sıra regionlarında vəziyyət hələ də çətin olaraq qalır.

Ukrayna mediasının məlumatına görə, son zamanlar Rusiya şaxtalı günlərdə insanları istiliksiz qoymaq üçün qazanxanaları hədəf almağa çalışır. Məsələn, yanvarın 9-na keçən gecə ruslar Kiyevin müxtəlif rayonlarında qazanxanalara qəsdən hücum ediblər. Rusların bu hərəkətləri Ukraynada “qışı silaha çevirmək” cəhdi kimi qiymətləndirilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Zelenski   Rusiya   zərbə  



Xəbər lenti