Qrenlandiyanın ilhaqı üzrə qanun layihəsi artıq hazırdır

   Qrenlandiyanın ilhaqı üzrə qanun layihəsi artıq hazırdır
  13 Yanvar 2026    Oxunub:1853
ABŞ Konqresinin respublikaçı üzvü Rendi Fayn “Qrenlandiyanın ilhaqı” və ona ştat statusu verilməsi haqqında Konresə qanun layihəsi təqdim etdiyini açıqlayıb.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, konqresmenin sözlərinə görə, düzəlişlər ABŞ-nin Arktikada strateji milli təhlükəsizlik maraqlarını təmin etmək, habelə Çin və Rusiyadan gələn təhdidlərə qarşı durmaq məqsədi daşıyır.

“Qrenlandiya gözardı edə biləcəyimiz uzaq bir forpost deyil - bu, vacib milli təhlükəsizlik aktividir. Kim Qrenlandiyaya nəzarət edirsə, o, Arktikanın əsas gəmiçilik marşrutlarına və ABŞ-ni qoruyan təhlükəsizlik arxitekturasına nəzarət edir. Amerika bu gələcəyi bizim dəyərlərimizə xor baxan və təhlükəsizliyimizi pozmağa çalışan rejimlərin ixtiyarına buraxa bilməz”, - Rerndi Fayn vurğulayıb.

Qanun layihəsi hələ Konqresin məlumat bazasında təqdim olunmayıb. Lakin konqresmenin mətbuat xidmətinin yaydığı sənəddə bildirilir ki, Amerika prezidentinə Danimarka ilə danışıqlar da daxil olmaqla, “Qrenlandiyanı Birləşmiş Ştatların ərazisi kimi ilhaq etmək və ya başqa yolla əldə gətirmək” üçün zəruri addımlar atmaq səlahiyyəti verilir.

“Belə ilhaq başa çatdıqdan” sonra prezident “yeni alınmış ərazinin” ştat kimi qəbulu üçün federal qanuna lazım olan düzəlişləri Konqresə təqdim edəcək.

İcveçli nazir: “Trampın İsveçə də gözü düşə bilər”
Rendi Faynın iddiasına görə, keçmiş prezident Co Baydenin siyasəti ABŞ-nin Arktikadakı strateji mövqeyini sarsıdıb, Çin və Rusiya isə regionda “öz mövcudluğunu aqressiv şəkildə genişləndirməyə davam edir”.

“Onların əsas müttəfiqlərindən biri olan Nikolas Maduronu yenicə məhv etdiyimiz üçün düşmənlərimiz artıq dabanlarımızı tapdalayır. Mənim qanun layihəm vətənimizi qoruyacaq, iqtisadi gələcəyimizi, Arktikada qaydaları Çin və ya Rusiyanı deyil, Amerikanın qoymasını təmin edəcək”, - amerikalı konqresmen bildirib.

Amerika liderinin oğlu Erik Tramp isə, öz növbəsində, “Al Arabiyya” telekanalına müsahibəsində Qrenlandiyanın təkcə ABŞ üçün yox, bütün Qərb ölkələri üçün həyati rol oynaığını diqqətə çatdırıb.

“Bir çox məqamlar, qlobal səbəblər və bir sıra təhlükəsizlik amillərinə görə Qrenlandiya təkcə ABŞ üçün deyil, bütün Qərb dünyası üçün vacibdir. Dünyada getdikcə daha çox güc Qrenlandiyanın yerləşdiyi bölgəni hərbiləşdirmək niyyətindədir”, - Erik Tramp iddia edib.

Eyni zamanda o, bildirib ki, atası Donald Tramp “lazım gələrsə, Qərbin həyat tərzinin, təbii ki, Amerikanın da həyat tərzinin, Avropanın təhlükəsiz olmasını, onların maraqlarını nəzərə almayan qüvvələrdən qorunmasını təmin edəcək”.

Xatırladaq ki, bundan əvvəl İsveçin baş nazirinin müavini, ölkənin Energetika və Sənaye naziri Ebba Buş Qrenlandiyadan sonra mineral ehtiyatlarına görə İsveçin də ABŞ-nin prioritet hədəfinə çevrilə biləcəyini istisna etməyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Qrenlandiya   ilhaq  



Xəbər lenti