KİV: İsrail ABŞ-dən İrana hücumu təxirə salmasını təklif edib

      KİV:    İsrail ABŞ-dən İrana hücumu təxirə salmasını təklif edib
  14 Yanvar 2026    Oxunub:961
İsrail rəsmiləri Ağ Evə İrana qarşı potensial hərbi əməliyyatları təxirə salmağı təklif ediblər.
Bu barədə NBC News məlumat yayıb. “İsrail rəsmiləri Tramp administrasiyasına bildiriblər ki, İranda rejim dəyişikliyini və ABŞ-nin bunu asanlaşdırmaq səylərini tam dəstəkləsələr də, hazırda xarici hərbi müdaxilənin etirazçıların işi bitirməsinə mane ola biləcəyindən narahatdırlar”, - məlumatda vurğulanıb.

İsraillilər amerikalılara başqa seçimlər təklif etdilər. Bunlara İranda internet bağlantısının yaxşılaşdırılması, iqtisadi sanksiyalar və kiberhücumlar daxildir.

AzVision.az




Teqlər:



Xəbər lenti