Berlin və Amsterdamın fikrincə, bu, Kiyevin silah əldə etməsini çətinləşdirəcək və Avropa istehsalçılarının bəzi Amerika silahlarına, o cümlədən “Patriot” hava hücumundan müdafiə (HHM) sisteminə alternativi yoxdur.
“Kiyev üçün kredit planının son variantı 90 milyard avronun 60 milyard avrosunun birbaşa silah alışına xərclənməsini, qalan vəsaitin isə Ukraynanın müdafiə büdcəsinin kəsirini ödəməyə yönəldilməsini nəzərdə tutur”, - qəzet xatırladır.
Aİ ölkələri 2026-2027-ci illərdə Ukraynaya 90 milyard avro maliyyə ayırmağa qərar verib. Bu pul Macarıstan, Slovakiya və Çexiyanın iştirakdan rəsmən imtina etdiyi kreditlər hesabına Aİ üzvlərinin özləri tərəfindən toplanacaq.
|
| NYT: “Lyayen və Mertsin siyasi iflası” |
Avropa Komissiyası (AK) daha əvvəl Ukraynanı müflis elan edib və bu əsasda ona kredit verə bilməyəcəyini, lakin Kiyevi birbaşa qrantlar hesabına effektiv şəkildə maliyyələşdirməyə məcbur olduğunu açıqlayıb.
Xatırladaq ki, ötən il dekabrın 18-19-da Aİ sammitinin iştirakçıları Ukraynaya 2026-2027-ci illərdə 90 milyard avro məbləğində maliyyə dəstəyi ayırmaq qərarına gəliblər. Bu vəsait Aİ-nin ümumi büdcəsindən götürüləcək. Sammitdə 16 saatlıq müzakirədən sonra Rusiyanın “qoca qitə”də dondurulmuş aktivlərindən istifadə etməklə Ukraynanın maliyyələşdirilməsi sxemi ilə bağlı konsensus əldə olunmayıb.
“The New York Times (NYT)” nəşri həmin sammitin nəticələrini AK-nin sədri Ursula fon der Lyayenin və Almaniya kansleri Fridrix Mertsin siyasi iflası kimi qiymətləndirib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


