Qlobal hərbi xərclər rekord həddə çatıb

Qlobal hərbi xərclər rekord həddə çatıb
  14 Yanvar 2026    Oxunub:1076
2024-cü ildə dünya üzrə hərbi xərclər 2010-cu ildən bəri ən yüksək həddə çatıb. Qlobal ÜDM-in 2,5%-ni və ya 2,7 trilyon dollar təşkil edən bu göstərici artmaqda davam edəcək.
AzVision.az xəbər verir ki, Amerikanın Beynəlxalq Maliyyə İnstitutunun (IIF) açıqladığı hesabatda belə deyilir.

Hazırda dünyada 60-dan çox aktiv münaqişə var ki, bu da 2010-cu illərin əvvəlindəki vəziyyətlə nisbətdə iki dəfə çoxdur. Hərbi əməliyyatlarda birbaşa iştirak edən ölkələr hərbi xərclərin əhəmiyyətli dərəcədə artmasına səbəb olur.

Ekspertlər bildirirlər ki, Avropa İttifaqında (Aİ) orta müdafiə xərcləri ÜDM-in təxminən 1,9%-ni təşkil edir. NATO-nun 2035-ci ilə qədər ÜDM-in 5%-lik yeni hədəfinə nail olmaq üçün Aİ-nin hər il əlavə 630 milyard dollara ehtiyacı olacaq.

“Büdcə kəsirləri və artan dövlət borcları fonunda Avropa hakimiyyəti özəl kapitalı cəlb etməyə ümidlidir. Bununla belə, investorlar reputasiya risklərindən ehtiyatlı olmaqda davam edir və müdafiə sənayesini “potensial zəhərli” sahə sayırlar”, - hesabatda vurğulanır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: dünya   silahlanma   xərclər  



Xəbər lenti