Paşinyan: "Azərbaycanla sərhəddə infrastruktur qurulmalıdır"

      Paşinyan:    "Azərbaycanla sərhəddə infrastruktur qurulmalıdır"
  14 Yanvar 2026    Oxunub:1055
"Türkiyə ilə sərhədin müəyyən hissələrində bir neçə körpünün tikintisi lazım gələ bilər".
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ və Avropa İttifaqından səfirlərin iştirakı ilə keçirilən konfransda dilə gətirib. O, Türkiyə ilə sərhəddə yerləşən bir sıra nöqtədə, o cümlədən Naxçıvanla həmsərhəd Yerasx (Arazdəyən) kəndində həmçinin gömrük terminallarının tikintisinin zəruriliyini vurğulayıb:

"Eyni zamanda, İcevan (Karvansara)-Qazax sərhədində də müəyyən infrastruktur qurulmalıdır. Ümumiyyətlə, regionda kommunikasiya yollarının açılması fonunda Azərbaycan və Türkiyə ilə bu istiqamətdə layihələrin icrası vacibdir".
Paşinyan: "Türkiyə ilə sərhədin açılmasına maneə yoxdur" | VİDEO

Məlumat üçün bildirək ki, Türkiyə ilə Ermənistan arasında 1991-ci ildən bəri diplomatik əlaqələr yoxdur, dövlət sərhədi isə 1993-cü ildən bağlıdır. Belə bir vəziyyət Türkiyənin Dağlıq Qarabağla əlaqədar Azərbaycanın mövqeyini dəstəkləməsi, habelə 1915-ci ildə qondarma "erməni soyqırımı"nın İrəvan tərəfindən dünyadan tanıdılması fonunda meydana gəlib. 2021-ci ilin dekabrında ölkələr münasibətlərinin normallaşdırılması məqsədilə qarşılıqlı xüsusi nümayəndələr irəli sürüblər.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Ermənistan   Türkiyə   Azərbaycan   sərhəd   layihə  



Xəbər lenti