The Guardian: “Klintonlar şahidlikdən imtina ediblər”

   The Guardian:    “Klintonlar şahidlikdən imtina ediblər”
  14 Yanvar 2026    Oxunub:1466
ABŞ-nin keçmiş prezidenti Bill Klinton və keçmiş birinci xanım Hillari Klinton məşhur maliyyəçi Ceffri Epşteynlə əlaqələrinə dair ifadə vermək üçün Konqresin çağırış vərəqələrinə əməl etməyəcəklərini bildiriblər.
AzVision.az xəbər verir ki, “Böyük Britaniyanın “The Guardian” nəşrinin məlumatıan görə, Klintonlar cütlüyü, eyni zamanda, amerikalı respublikaçıları və ABŞ prezidenti Donald Trampı sərt tənqid ediblər.

Respublikaçıların çoxluq təşkil etdiyi Nümayəndələr Palatasının Nəzarət Komitəsi ötən ilin avqustunda komitə sədri Ceyms Komerin hökumətin Epsteyn işi ilə bağlı fəaliyyətini araşdırmaq niyyətini açıqlamasından sonra Klintonları dinləmələrə çağırıb.

NYT: “Klintonlar cütlüyü “Epşteyn işi”nin hədəfində”
Klintonların vəkilləri çağırış vərəqələrini “etibarsız və icraedilməz”, “müvafiq məlumat əldə etmək məqsədi daşımadığı üçün əsassız” və “hakimiyyət bölgüsündə görünməmiş pozuntu” adlandırıblar.

Çağırış vərəqəsi Bill Klintonun yanvarın 13-də, Hillari Klintonun isə yanvarın 14-də ifadə verməyə gəlməsini tələb edirdi. Keçmiş prezident dinləmələrə gəlmədikdən sonra, Ceyms Komer jurnalistlərə bildirib ki, Konqres prosesinə hörmətsizliyə görə gələn həftə Klintonun məsuliyyətə cəlb olunması barədə təşəbbüs irəli sürəcək.

Xatırladaq ki, azyaşlı qızları cinsi əlaqələrə cəlb etməsi ilə bağlı ittihamlar əsasında məhkəmə prosesini gözləyən maliyyəçi Ceffri Epşteyn, rəsmi açıqlamaya görə, 2019-cu ildə həbsxanada intihar edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Klintonlar   Epşteyn   şahidlik  



Xəbər lenti