BMT: "186 milyon insan işsiz qalacaq"

      BMT:    "186 milyon insan işsiz qalacaq"
  14 Yanvar 2026    Oxunub:1059
"Dünyada işsizlik səviyyəsi 2026-cı ilin sonunadək 4,9%-ə çatacaq".
Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzdində fəaliyyət göstərən Beynəlxalq Əmək Təşkilatı (BƏT) məlumat yayıb. Bildirilib ki, bu göstərici keçən ilin səviyyəsi ilə eynidir:

"Beləliklə, ilin sonunadək təqribən 186 milyon insan işsiz qalacaq. Eyni zamanda, varlı ölkələrdə iş yerlərinin sayı 0,5%, kasıb ölkələrdə isə 3,1% artacaq. Bu onu göstərir ki, varlı ölkələrdə əhali sürətlə qocalır, əmək qabiliyyətli insanlar iş tapmaqda, yaxud öz işlərini qoruyub saxlamaqda çətinlik çəkirlər".

BƏT-in hesabatına əsasən, Avropada işsizlik səviyyəsi sabit (5,5%) qalacaq, ABŞ və Kanadada isə tədricən artacaq:

"Ümumiyyətlə, əsas problem işsizlik deyil. Dünyada təqribən 300 milyon insan gündə 3 dollardan az qazanır. Bu o deməkdir ki, onlar həddindən artıq yoxsulluq içində yaşayırlar. Afrika və Latın Amerikasının bir çox ölkəsində əhalinin əksəriyyəti kölgə iqtisadiyyatında çalışır".

Firudin Həmidli
AzVision.az


Teqlər: BMT   işsizlik   proqnoz  



Xəbər lenti