Rəsmi London, eyni zamanda, Qətərdə yerləşən, Yaxın Şərqdə ən böyük ABŞ hərbi bazası sayılan "Əl-Üdeyd" aviabazasından öz hərbçilərini geri çağırıb.
|
| İranın Ermənistandakı səfiri: "Ölkəm Venesuela deyil" |
Xatırladaq ki, İranda 2025-ci ilin 28 dekabrında əsasən inflyasiyanın kəskin artmasına, rialın dəyərdən düşməsinə etiraz məqsədilə kütləvi aksiyalar başlayıb. Nümayişləri əvvəla paytaxt Tehran şəhərində mağaza sahibləri qığılcımlandırıb, ardınca onlara tələbələr də qoşulublar. Etiraz dalğası tezliklə bütün ölkəyə - 31 əyalətdən 27-sinə, ümumilikdə 92 şəhərə yayılıb. Britaniyada fəaliyyət göstərən farsdilli "Iran International" telekanalının öz mənbələrinə istinadən yaydığı məlumata əsasən, son günlərdə hökumət tərəfindən ən azı 12 min nəfər aksiya iştirakçısı qətlə yetirilib: "Bu, ölkənin müasir tarixində ən böyük qırğındır".
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


