ABŞ Azərbaycan daxil 75 ölkəyə miqrant vizası verməyəcək

      ABŞ Azərbaycan daxil 75 ölkəyə miqrant vizası verməyəcək
  15 Yanvar 2026    Oxunub:1849
ABŞ 75 ölkədən miqrant vizaları üçün müraciət qəbulunu dayandırır.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Departamenti açıqlayıb. Yeni qərara əsasən, ABŞ-da yaşayarkən dövlət yardımına ehtiyacı ola biləcək 75 ölkənin vətəndaşları üçün vizaların qəbulu aparılmayacaq.

Dayandırma 21 yanvardan başlayacaq və qeyri-miqrant, müvəqqəti turist və ya iş vizası almaq istəyənlərə şamil edilməyəcək.

Həmin ölkələr aşağıdakılardır:

Əfqanıstan, Albaniya, Əlcəzair, Antiqua və Barbuda, Ermənistan, Azərbaycan, Baham adaları, Banqladeş, Barbados, Belarus, Beliz, Butan, Bosniya, Braziliya, Birma, Kamboca, Kamerun, Kabo-Verde, Kolumbiya, Konqo Demokratik Respublikası, Konqo Respublikası, Kuba, Dominikan, Misir, Eritreya, Efiopiya, Fici, Qambiya, Gürcüstan, Qana, Qrenada, Qvatemala, Qvineya, Haiti, İran, İraq, Kot d’İvuar, Yamayka, İordaniya, Qazaxıstan, Kosovo, Küveyt, Qırğızıstan, Laos, Livan, Liberiya, Liviya, Makedoniya, Moldova, Monqolustan, Monteneqro, Mərakeş, Nepal, Nikaraqua, Nigeriya, Pakistan, Rusiya, Ruanda, Sent Kitts və Nevis, Sent Lusiya, Sent Vinsent və Qrenadinlər, Seneqal, Syerra-Leone, Somali, Cənubi Sudan, Sudan, Suriya, Tanzaniya, Tailand, Toqo, Tunis, Uqanda, Uruqvay, Özbəkistan və Yəmən.

AzVision.az


Teqlər:



Xəbər lenti