Tramp: “Günahkar Zelenskidir”

      Tramp:    “Günahkar Zelenskidir”
  15 Yanvar 2026    Oxunub:1447
Sülh razılaşmasını Rusiya lideri Vladimir Putin yox, Ukrayna prezidenti Volodimir Zelenski “ləngidir”.
AzVision.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “Reuters” agentliyinə müsahibəsində belə deyib.

“Düşünürəm ki, Putin saziş bağlamağa hazırdır. Məncə, Ukrayna razılaşmaya daha az hazırdır”, - Amerika lideri bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı müharibəni bitirməyə hazırdır, Zelenski isə daha təmkinlidir.

Jurnalistlərin ABŞ-nin rəhbərliyi altında keçən danışıqların Avropada İkinci Dünya müharibəsindən bəri ən böyük münaqişəsini niyə hələ də həll etməməsi ilə bağlı sualına cavabında Donald Tramp “Zelenski” kəlməsini işlədib.

Volodimir Zelenskinin danışıqları niyə uzatdığı barədə suala birbaşa cavab verməyən Ağ Evin rəhbəri “Bilirsiniz, məncə, o, buna nail olmaqda çətinlik çəkir” deyib.

“Reuters” agentliyi xatırladıb ki, Volodimir Zelenski açıq şəkildə Moskvaya hər hansı ərazi güzəştini istisna edib. Ukrayna prezidenti bildirib ki, ölkə Konstitusiyasına görə Kiyevin öz ərazisindən imtina etmək hüququ yoxdur.

Bununla belə, Amerika lideri Davos İqtisadi Forumunda ukraynalı həmkarı ilə görüşə biləcəyini istisna etmir.

- Əgər Zelenski orada olsa, görüşərdim. Mən də orada olacağam”, - Tramp qeyd edib.

Ağ Evin rəhbəri həmçinin ABŞ-nin xüsusi elçiləri Stiven Uitkoff və Cared Kuşnerin Moskvaya mümkün gələcək səfərindən xəbərsiz olduğunu bildirib. Bundan əvvəl “Bloomberg” agentliyi belə məlumat yaymışdı.

Ukrayna mətbuatı isə Kiyevin G7 müttəfiqlərinin atəşkəsdən sonra Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə şəxsi dəstəyini təmin etmək üçün gələn həftə Davosda ABŞ prezidenti Donald Trampla görüşəcəklərini yazıb. Xəbərdə rəsmilərin yanvarın 21-də keçirilməsi planlaşdırılan görüşün təfərrüatları ilə bağlı danışıqlar apardığı qeyd olunur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Putin   Zelenski  



Xəbər lenti