|
| Azərbaycanda pensiyaçıların sayı açıqlanıb |
Z.Mirzəyev qeyd edib ki, 2025-ci il yanvarın 1-dən minimum aylıq əməkhaqqı 16 % artırılaraq 400 manata çatdırılıb: "Eyni zamanda, 2025-ci il fevralın 1-dən minimum pensiya 14,3 % artırılaraq 320 manat müəyyən edilib".
O əlavə edib ki, 2022-ci ildən Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinə daxil edilən dövlət icbari şəxsi sığorta ödənişləri üzrə ötən il 11 minə yaxın şəxsin müraciətinə baxılıb:
"Onlara 25 milyon manat ödəniş edilib. Prezidentin 2021-ci il fərmanına əsasən, 1997-ci ilin avqustuna qədər əlilliyi müəyyən edilmiş 26 min şəxsin sənədləri araşdırılıb. Bu günə qədər 17 794 şəxsə əlillik dərəcəsindən asılı olaraq 4 400, 6 600 və 8 800 manat məbləğində birdəfəlik ödənişlər edilib. Bu məqsədlə dövlət büdcəsindən 115,2 milyon manat vəsait xərclənib".
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


