“Berlinin bu addımı bölgədə, məsələn, dəniz müşahidəsi sahəsində Danimarkanın təhlükəsizliyinin təmin edilməsində potensial hərbi iştirak imkanlarını araşdırmaq məqsədi daşıyır”, - Almaniyanın Müdafiə nazirliyinin məlumatında deyilir.
Norveç ordusunun təmsilçisi, öz növbəsində, “CNN” telekanalına Oslonun Qrenlandiyaya iki hərbi qulluqçu göndərəcəyini açıqlayıb.
Mənbəyə istinad edən “Frans-Press” agentliyi isə Parisin Qrenlandiyada hərbi missiyada iştirak etmək niyyətində olduğunu yazıb.
|
| Kaya Kallas: “Sabitlik yoxdur, içmək vaxtıdır” |
- Onlar birlikdə Danimarkanın “Arktika keşikçisi əməliyyatı” çərçivəsində tədbirlər hazırlayacaqlar. Hərbçilər adaya Danimarkanın xahişi ilə göndəriliblər”, - İsveçin baş naziri vurğulayıb.
“Politico” nəşrinin mənbəyə istinadən verdiyi məlumata görə, təlimlərdə Hollandiya və Kanada hərbçiləri də iştirak edir.
Kopenhagen, öz növbəsində, Qrenlandiyada hərbi mövcudluğunu gücləndirdiyini daha əvvəl elan edib: ölkə silahlı qüvvələrinin bölmələri adaya yerləşdiriləcək və təlimlər keçiriləcək.
“Bu, NATO müttəfiqlərindən də təyyarələr, gəmilər və əsgərlər də daxil olmaqla Qrenlandiyada və onun ətrafında hərbi mövcudluğun artması ilə nəticələnəcək”, – Danimarka Müdafiə nazirliyinin bəyanatında deyilir.
Xatırladaq ki, yanvarın 14-də Qrenlandiya və Danimarkanın Xarici İşlər nazirləri, ABŞ-nin vitse-prezidenti Cey Di Vens və Dövlət katibi Marko Rubio ilə ada ətrafında yaşanan son proseslərlə bağlı müzakirələr aparıblar.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


