İnternetdə cəmiyyətə açıq hörmətsizlik hərəkətləri qadağan olunub

   İnternetdə cəmiyyətə açıq hörmətsizlik hərəkətləri qadağan olunub
  15 Yanvar 2026    Oxunub:1468
Sayt və sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik hərəkətləri qadağan edilib.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişikliyi təsdiqləyib.

Belə ki, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud bədəninin hissələrinin insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yayılması qadağan edilib.

AzVision.az


Teqlər: Prezident   təsdiq  



Xəbər lenti