Paşinyan: “Münaqişə düşüncəsindən sülh məntiqinə keçməliyik”

      Paşinyan:    “Münaqişə düşüncəsindən sülh məntiqinə keçməliyik”
  15 Yanvar 2026    Oxunub:1618
Ermənistan razılaşdırılmış sazişlər çərçivəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etmək üçün siyasi iradəsini bir daha təsdiqləyir.
AzVision.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 15-də hökumətin iclasında belə deyib.

“Siyasi iradəmizi vurğulamaq və bir daha təsdiqləmək istərdim: razılaşdırılmış şərtlər çərçivəsində biz bu istiqamətdə, o cümlədən dəfələrlə bəyan etdiyimiz prinsiplərə uyğun olaraq Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etmək istəyinə və mütləq irəliləyəməyə hazırıq. Biz Ermənistanda münaqişə məntiqindən kənara çıxmalı və normal, dinc atmosferə və düşüncə tərzinə doğru getməliyik”, - Nikol Paşinyan bildirib.

Ermənistanın baş naziri, eyni zamanda, jurnalsitlərə açıqlamasında ABŞ-nin artıq TRIPP (zəngəzur Dəhlizi) layihəsinin hazırlıq mərhələsi üçün 140 milyon dollar ayırdığını deyib.

TRIPP-in icrasına dair bəyanat qəbul olunub
Konkret investisiyalardan danışan paşinya qeyd edib ki, bu, layihələndirmə işlərinə və smeta xərc hesablamalarına aiddir. Onun sözlərinə görə, dəqiq rəqəm söyləmək mümkün olmasa da, investisiyalar əhəmiyyətli olacaq.

Bununla yanaşı, İrəvanda keçirdiyi brifinqdə baş nazir ölkənin dəmir yolunun Ermənistandan Azərbaycan və Türkiyə sərhədlərinə qədər olan hissələrində bərpa işləri ilə bağlı rusiyalı “tərəfdaşlarından” qərar gözlədiyini də diqqətə çatdırıb.

- Bəli, bu məsələ müzakirə olundu. Mən bunu Rusiya prezidenti Vladimir Putinlə də müzakirə etmişəm. Ermənistan baş nazirinin müavininin də bunu Rusiya baş nazirinin müavini ilə müzakirə etmək imkanı olub. Biz Rusiya Fedreasiyasındakı tərəfdaşlarımızın reaksiyasını gözləyirik”, - Nikol Paşinyan müvafiq sualın cavabında bildirib.

Dəmir yollarında bərpa işlərinin müddətinə toxunan baş nazir qeyd edib ki, Ermənistan və ABŞ arasında TRIPP layihəsinin həyata keçirilməsinə dair çərçivə sazişinin imzalanmasından sonra müvafiq tarix yaxın gələcəkdir.

“Müvafiq müddət indidir və biz bunun indi həyata keçirilməsini istəyirik. Proseslər gedir, bu barədə sizə məlumat veriləcək və bu proseslər bunun mümkün qədər tez həyata keçirilməsini tələb edir. Biz rusiyalı tərəfdaşlarımızdan bu məsələ ilə bağlı qərar vermələrini xahiş edirik”, - Ermənistanın baş naziri vurğulayıb.

Xatırladaq ki, bundan əvəvl ABŞ-nin Dövlət katibi Marko Rubio və Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Vaşinqtonda Tramp Beynəlxalq Sülh və Rifah Marşrutunun (TRIPP) icra çərçivəsinin açıqlanmasını elan etmək üçün görüşüblər.

“News.am” saytı isə Ermənistan hakimiyyətinin Rusiya sərhədçilərini Türkiyə ilə sərhəddəki “Axurik” keçid məntəqəsindən çıxarmağa hazırlaşdığını yazıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Azərbaycan   Ermənistan   TRİPP  



Xəbər lenti