Tramp: “İrandan yaxşı xəbərlər gəlir”

      Tramp:    “İrandan yaxşı xəbərlər gəlir”
  15 Yanvar 2026    Oxunub:1424
ABŞ prezidenti Donald Tramp İran hökumətinin etirazçıları asmaqla edamdan imtina etməsinə münasibət bildirib.
AzVision.az bildirir ki, Amerika lideri onun xəbərdarlığından sonra iranlı etirazçılarla bağlı bir daha ölüm cəzası çıxarılmayacağını iddia edib.

“Başqa məsələlərlə də bağlı analoji qərar qəbul edilib. Bu yaxşı xəbərdir. Ümid edək ki, bu təcrübə davam edəcək”, - ABŞ prezidenti “TruthSocial sosial” media platformasındakı paylaşımında vurğulayıb.

Rza Pəhləvi: “İran azad ölkə olacaq” | VİDEO
Bundan əvvəl İslam Respublikasının İarici İşlər naziri Abbas Əraqçi İran hakimiyyətinin etirazçıları asaraq edam etmək niyyətində olmadığını, belə variantın heç nəzərdən də keçirilmədiyini açıqlamışdı.

- Asılmaqdan söhbət gedə bilməz. Bu, ABŞ prezidenti Donald Trampı bu işə sürükləmək üçün başladılan dezinformasiya kampaniyasının bir elementidir və bunun fəlakətli nəticələri ola bilər”, - Abbas Əraqçı “Fox News” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda İranda “heç bir nümayiş və ya etiraz aksiyası yoxdur” və ölkədə sakitlik bərqərar olub.

Xatırladaq ki, bundan əvəvl vəliəhd şahzadə Rza Pəhləvi “X” sosial şəbəkəində yerləşdirdiyi paylaşımda İranda hakimiyyətin dəyişəcəyi təqdirdə ölkənin hərbi nüvə proqramını dayandıracağını, İsraili tanıyacağını və ABŞ ilə münasibətləri normallaşdırmağa çalışacağını yazmışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   İran   ümidlər  



Xəbər lenti