Xulio İqlesias ittihamları rədd edir

Xulio İqlesias ittihamları rədd edir
  16 Yanvar 2026    Oxunub:1361
Məşhur ispaniyalı müğənni Xulio İqlesias iki keçmiş işçisinin ona qarşı cinsi təcavüz ittihamlarını “tamamilə yalan” adlandırıb.
AzVision.az bildirir ki, dünya şöhrətli müğənni əvvəllər onun evində işləmiş iki nəfərin iddialarına dərin təəssüf hissi ilə cavab verdiyini deyib.

“Nə vaxtsa və hansısa bir qadına qarşı zorakılıq, məcburiyyət və ya hörmətsizlik göstərdiyimi inkar edirəm. Bu iddialar tamamilə yalandır və məni çox kədərləndirir. Mən heç vaxt belə bir pislik etməmişəm, amma yenə də insanlara bütün həqiqəti deməyə, ləyaqətimi belə ciddi təhqirdən qorumağa gücüm var”, - 82 yaşlı Xulio İqlesias öz “İnstagram” səhifəsində bildirib.

Yanvarın 14-də İspaniyanın “elDiario” nəşrində və Amerikanın “Univision” televiziya şəbəkəsində Xulio İqlesiasın Karib dənizi və Baham adalarındakı iqamətgahlarında işləyən iki qadının onu cinsi təcavüzdə ittiham etdiyi araşdırmalar dərc olunub.

Hər iki qadının iddiasına görə, onlar 2021-ci ildə müğənni tərəfindən fiziki və psixoloji zorakılığa məruz qaldıblar. İspaniya Milli məhkəməsinin prokurorluğu İqlesiasın keçmiş işçilərinin şikayətləri ilə bağlı ilkin araşdırmaya başlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İqlesias   ittiham   təkzib  



Xəbər lenti