Balıq və digər su bioresurslarının ovuna kvota təsdiqlənib
Balıq və digər su bioresurslarının sənaye və əmtəə məqsədli akvakultura ovu üçün kvota almaq istəyən, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə qeydiyyatda olan və yaxud yaşayan şəxslər nazirliyinin tabeliyində fəaliyyət göstərən Balıqçılıq və Akvakultura Mərkəzinə, digər rayonlar üzrə qeydiyyatda olan və ya yaşayan şəxslər isə ən yaxın "ASAN xidmət" mərkəzlərinə müraciət etməlidirlər.
Quba "ASAN xidmət" mərkəzi
– Xaçmaz, Şabran, Siyəzən
Salyan "ASAN xidmət" mərkəzi
– Neftçala, Salyan, Biləsuvar, Şirvan
Gəncə (2 saylı) "ASAN xidmət" mərkəzi
– Mingəçevir, Gəncə, Yevlax, Samux, Şəmkir
Lənkəran "ASAN xidmət" mərkəzi
– Astara, Lənkəran, Masallı
Kvota almaq üçün tələb olunan sənədlərin siyahısı və nümunəvi formaları ilə bu linkə keçid edərək tanış olmaq mümkündür.
"Dövlət rüsumu haqqında" qanuna uyğun olaraq hər bir balıqovlama biletinə görə 25 manat dövlət rüsumu tutulur.
"Balıqçılıq haqqında" qanuna əsasən, bərpa məqsədilə balıq və digər su bioresurslarının akvakultura üçün ovu, eləcə də elmi-tədqiqat, nəzarət, idman və həvəskar ovu istisna olmaqla, balıq və digər su bioresurslarının ovu ödənişlidir. Balıq və digər su bioresurslarından istifadəyə görə ödənişləri kvota ayrılmış ərizəçi həyata keçirməli, ödənişi təsdiq edən sənədi isə Balıqçılıq və Akvakultura Mərkəzinə təqdim etməlidir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


