Axios: “Netanyahu İranla bağlı Trampa təzyiq göstərmir”

      Axios:    “Netanyahu İranla bağlı Trampa təzyiq göstərmir”
  16 Yanvar 2026    Oxunub:1473
İsrail hakimiyyəti ABŞ-dən İranı vurmağı tələb etmir və bu məsələdə Ağ Evə təzyiq göstərməməyə çalışır.
AzVision.az xəbər verir ki, Amerika mənbələrinə istinad edən “Axios” portalı belə məlumat yayıb.

“Onalr bildirdilər ki, sizin göstərişlərinizə əməl edəcəyik, zərbələrin endirilməsində israrlı deyilik”, - amerikalı məmurlardan biri deyib.

Nəşrin məlumatına görə, Birləşmiş Ştatlar İsraillə sıx əlaqə saxlamaqda davam edir və İranla bağlı mümkün addımlar barədə fəal məsləhətləşmələr aparır.

- Bununla belə, İsrailin baş naziri Benyamin Netanyahu Amerika prezidenti Donald Trampa qəsdən nümayiş etdirir ki, o, öz mövqeyinə baxmayaraq, təzyiq göstərmir və güc tətbiqində israrlı deyil. Bibi (Netanyahu) Trampa buna getməməyi deməyib, lakin onu belə bir addım atmağa da məcbur etmir”, - mənbələr portala açıqlamalarında bildiriblər.

Nəşrin iddiasına görə, eyni zamanda, İsrail liderləri başa düşürlər ki, münaqişə gərginləşərsə, ölkə ərazisinin özü də risk altına düşə bilər. “Axios”un mənbələri İsrailin hazırda xarici hücumları dəf etməyə tam hazır olmadığını vurğulayıblar.

Xatırladaq ki, bundan əvəvl “New York Times (NYT)” qəzeti Netanyahunun yanvarın 13-də ABŞ administrasiyasından İrana zərbə endirmək planlarını təxirə salmağı xahiş etiyini yazmışdı. Nəşr Qətər, Səudiyyə Ərəbistanı, Oman və Misirin də Vaşinqtona analoji müraciət ünvanladıqlarını bildirib.

Qəzet vurğulayıb ki, İsrail və ərəb rəsmiləri hərbi əməliyyatların başlayacağı təqdirdə İranın onların ərazilərinə mümkün cavab zərbələri ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Netanyahu   Tramp   İran  



Xəbər lenti