Suriyadan ana və dörd övladı Azərbaycana repatriasiya edilib

 Suriyadan ana və dörd övladı Azərbaycana repatriasiya edilib
  16 Yanvar 2026    Oxunub:901
2026-cı il 12 yanvar tarixində Suriya Ərəb Respublikasından daha 5 nəfər Azərbaycan Respublikası vətəndaşının (ana və 4 övladı) ölkəmizə repatriasiyası həyata keçirilib.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüş keçiriblər.

Görüş zamanı repatriantların hüquqlarının təmin edilməsi vəziyyəti araşdırılıb, mövcud problemləri və ehtiyacları öyrənilib, onların cəmiyyətə inteqrasiyası, təhsil və məşğulluq imkanlarından yararlanması istiqamətində tövsiyələr verilib.

Görüşdə repatriantlara Müvəkkilin mandatı, fəaliyyət istiqamətləri, ona müraciət imkanları, habelə hüquqlarının müdafiəsi üzrə mövcud mexanizmlər barədə geniş məlumat verilib.

AzVision.az




Teqlər:



Xəbər lenti