Yer kürəsində maqnit qasırğası başlayıb

Yer kürəsində maqnit qasırğası başlayıb
  16 Yanvar 2026    Oxunub:714
Yer kürəsində maqnit qasırğası başlayıb və hazırda zəif G1 səviyyəsindədir.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

İnstitut nümayəndəsi bildirib ki, yüksək enliklərdə geomaqnit sahəsində narahatlıq qeydə alınıb.

Alimlər proqnozlaşdırırlar ki, yanvarın 17-də Günəşdə partlayış aktivliyi aşağıdan orta səviyyəyə qədər yüksələ bilər. Lakin yüksəkkateqoriyalı partlayışlar gözlənilmir.

AzVision.az



Teqlər:



Xəbər lenti