Kuba: “Bizi qorxutmaq mümkün deyil”

      Kuba:    “Bizi qorxutmaq mümkün deyil”
  17 Yanvar 2026    Oxunub:1382
Vaşinqtonun təzyiq altında Havannı dialoqa məcbur etmək cəhdləri uğursuzluğa məhkumdur.
AzVision.az “EFE” agentliyinə istinadən xəbər verir ki, Kubanın prezidenti Migel Dias-Kanel belə deyib.

“Nə kapitulyasiya, nə təslim olmaq, nə də məcburiyyət və ya hədə-qorxuya əsaslanan hər hansı anlaşma mümkün deyil. Kuba heç vaxt siyasi güzəştə getməyəcək. Kuba ABŞ ilə bərabərlik və hörmətə əsaslanan anlaşma danışıqlarına hazırdır”, - Kuba lideri vurğulayıb.

O, Havananın başqa ölkələri təhdid etmədiyinə və qarşıdurmaya can atmadığına diqqət çəkib. Ancaq Kuba qəfil hücuma məruz qalsa cəsur kubalı döyüşçülər bundan əvvəlki bir neçə nəslin vəsiyyət etdiyi kimi döyüşəcək.

Migel Dias-Kanel həmçinin Kuba cəmiyyətinə təzyiq göstərmək cəhdlərinin perspektivi olmadığını bildirib.

- Sizin hazırkı təhdidləriniz bizə “qırğı”ların başçılıq etdiyi, demək olar ki, bütün əvvəlki ABŞ administrasiyalarının bizi hədələdiyi hər şeyi xatırladır”, - Kuba prezidenti söyləyib.

Migel Dias-Kanelin bəyanatları yanvarın 3-də Venesuelada Amerikanın prezident Nikolas Maduronu və onun həyat yoldaşı Silia Floresin tutulması əməliyyatı zamanı həlak olan 32 kubalı üçün keçirilən genişmiqyaslı anım mərasimində səslənib.

Havana sahili boyunca ABŞ səfirliyinin binasının yanından keçən etiraz yürüşündən sonra keçirilən tədbirdə bir neçə min adam iştirak edib.

Mərasimdən bir gün əvvəl Venesueladakı əməliyyat zamanı öldürülən 32 kubalının yandırılmış qalıqları təyyarə ilə Karakasdan Havanaya gətirilib. Paytaxtın Xose Marti hava limanında hüzn mərasimi baş tutub.

Maduronun ələ keçirilməsindən sonra ABŞ prezidenti dəfələrlə Kubanın növbəti hədəflərdən biri ola biləcəyini deyib. Yeri gəlmişkən, Venesuela məsələsində əsas fiqurlardan biri olduğu iddia edilən ABŞ-nin Dövlət katibi Marko Rubio 1959-cu il inqilabından sonra Kubadan qaçan mühacirlər ailəsində doğulub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Kuba   ABŞ   cavab  



Xəbər lenti