WSJ: “ABŞ SDQ-ni dəstəkləyib”
“Bundan başqa, ABŞ-nin vitse-prezidenti Cey Di Vens Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa ilə danışıb və onu kürdlərlə fikir ayrılıqlarını həll etməyə inandırmağa çalışıb. Danışıqlar zamanı ABŞ rəsmiləri Dəməşqin daha geniş hücuma keçəcəyi təqdirdə Suriya hökumətinə qarşı sanksiyaları bərpa edəcəkləri ilə hədələyiblər”, - qəzet yazır.
Suriyanın şimalında vəziyyət yanvarın 6-da gərginləşib. Hələbdə hökumət qüvvələri ilə kürd koalisiyası arasında baş verən atışmalarda 24 nəfər ölüb, 129 isə nəfər yaralanıb.
Suriya hakimiyyəti hərbi eskalasiyanın son raundunda kürdlərin rəhbərlik etdiyi SDQ-ni günahlandırıb. Lakin şəhərin atəşə tutulmasında iştirakını inkar edən SDQ problemin sülh yolu ilə həlli yolunu tapmaq üçün Dəməşqlə dialoqu bərpa etməyə çağırıblar.
Nəticədə yanvarın 10-da kürdlərin yaşadığı ərazilərdən dinc əhalinin və silahlıların təhlükəsiz təxliyəsini təmin edən atəşkəs razılaşması əldə olunub.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


