XIII Qlobal Bakı Forumunun tarixi açıqlanıb

XIII Qlobal Bakı Forumunun tarixi açıqlanıb
  17 Yanvar 2026    Oxunub:1365
XIII Qlobal Bakı Forumu ərəfəsində yekun koordinasiya iclası keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "X" hesabında məlumat paylaşılıb. Bildirilib ki, 2026-cı ilin 12–14 mart tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək forum çərçivəsində 400-dən çox beynəlxalq qonağın qəbul edilməsi gözlənilir.

İclasda forumun təşkili ilə bağlı əsas məsələlər müzakirə edilib, tədbirin yüksək səviyyədə keçirilməsi üçün görülən hazırlıq işləri nəzərdən keçirilib.

AzVision.az


Teqlər: Bakı-Forumu  



Xəbər lenti