"20 Yanvar" stansiyasında sərnişin ölüb

"20 Yanvar" stansiyasında sərnişin ölüb
  17 Yanvar 2026    Oxunub:1355
Bu gün saat 11:30 radələrində Bakı metrosunun "20 Yanvar" stansiyasının platformasında bir nəfər kişi cinsli sərnişinin halı pisləşib.
"Bakı Metropoliteni" QSC-dən AzVision.az -a verilən məlumata əsasən, dərhal əraziyə təcili tibbi yardım xidməti çağırılıbsa da, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə qatarların hərəkət intervalına təsir etməyib, yubanma baş verməyib.

AzVision.az


Teqlər: hadisə   metro  



Xəbər lenti