Oğurluq etdiyi evi yandırıb

   Oğurluq etdiyi evi yandırıb
  17 Yanvar 2026    Oxunub:1332
Lənkəran rayonunun Göyşaban kəndindəki yaşayış evlərindən birindən 3 min manat dəyərində məişət əşyalarını oğurladıqdan sonra evi yandıran şəxs saxlanılıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 37 yaşlı Elçin Quliyev saxlanılıb.

Onun hadisədən sonra izi itirmək məqsədilə evdə yanğın törətdiyi də müəyyən edilib.


AzVision.az


Teqlər:



Xəbər lenti