Ukrayna nümayəndə heyəti sülh planı üzrə danışıqlar üçün ABŞ-yə gedib
"ABŞ-a gəldim. Rüstəm Umerov və David Arahamiya ilə birlikdə amerikalı tərəfdaşlarımızla sülh sazişinin detalları barədə mühüm müzakirələr aparacağıq", - o qeyd edib.
K.Budanov bildirib ki, Ukrayna nümayəndə heyəti ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff, ABŞ Prezidentinin kürəkəni, iş adamı Cared Kuşner, həmçinin ABŞ-ın ordu naziri Daniel Driskoll ilə görüşəcək.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov öz növbəsində qeyd edib ki, səfərin məqsədi sülh prosesinin irəli aparılması istiqamətində amerikalı tərəfdaşlarla işləməkdir:
"Ukrayna üçün təhlükəsizlik zəmanətləri və növbəti addımların razılaşdırılması, eləcə də ədalətli və davamlı sülhə nail olmaq üzərində işi davam etdirəcəyik. Ukraynaya təhlükəsizlik və suverenliyi təmin edən sülh lazımdır".
Qeyd edək ki, Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanişina tərəflər arasında danışıqların yanvarın 17-də Mayamidə keçiriləcəyini bildirmişdi.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


