Qrenlandiyada adanın satılmasına qarşı kütləvi etirazlar başlayıb

Qrenlandiyada adanın satılmasına qarşı  kütləvi etirazlar  başlayıb
  18 Yanvar 2026    Oxunub:1468
Qrenlandiyanın paytaxtı Nuuk şəhərində adanın tarixində ən böyük etiraz aksiyası baş tutub.
Minlərlə sakin ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı “almaq” niyyətinə qarşı etirazlarını bildirmək üçün küçələrə çıxıb. Bu barədə Clash Report teleqram kanalı məlumat yayıb.

Yürüş iştirakçıları “Qrenlandiya satılmır” yazılı plakatlar qaldırıb, milli bayraqları dalğalandırıb və özünüidarənin qorunması lehinə şüarlar səsləndiriblər. Etirazçılar paytaxtın mərkəzindən ABŞ konsulluğuna doğru yürüş edərək Vaşinqtonun mümkün nəzarət cəhdlərinə qarşı olduqlarını nümayiş etdiriblər.

M. Həsənli
AzVision.az



Teqlər:



Xəbər lenti