NASA Veneraya göndərəcəyi missiyaları süni intellektlə təchiz edəcək
“Biz kosmik sahədə nəyə nail olmaq istədiyimizdən danışarkən, robotlaşdırılmış missiyalara daha çox avtonomluq inteqrasiya etməyi hədəfləyirik. Hazırda Veneraya yönəlmiş missiya üzərində çalışırıq və bu layihəyə süni intellektin müəyyən imkanları daxil edilə bilər”, – deyə Cared Ayzekman bildirib.
ABŞ 2030–2031-ci illərdə Veneraya iki missiya göndərməyi planlaşdırır. “Da Vinci” layihəsi planetin atmosferinin tərkibinin və onun formalaşma tarixinin öyrənilməsinə fokuslanacaq. “VERITAS” missiyası isə Veneranın səthinin yüksək dəqiqlikli xəritələndirilməsi və bu planetin Yer kürəsindən fərqli şəkildə inkişaf etməsinin səbəblərinin müəyyənləşdirilməsi ilə məşğul olacaq.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


