Ermənistan büdcəsi kreditlərin ödənişinə xərclənir
Xarici borcu üstələyən daxili borcla yüklənmə əsasən rezidentlər tərəfindən alınan xəzinə istiqrazları hesabına formalaşıb. Milli valyutada daxili borcun 2,9 trilyon dram (7,83 milyard dollar) olduğu təxmin edilir.
Xarici borc isə 9% artaraq 7 milyard dollara çatıb. Buraya beynəlxalq təşkilatlar və hökumətlərin kreditləri, həmçinin xarici bazarlarda yerləşdirilən avrobondlar daxildir. 2025-ci ilin martında Ermənistan əvvəlki öhdəliklərini ödəmək üçün xarici borcun tərkibinə daxil edilmiş 750 milyon dollar məbləğində avrobond yerləşdirib.
Borclanma proqramına əsasən, Ermənistanın 2026-cı ildə dövlət büdcəsinin kəsiri daxili (210 milyard darm-567 milyon dollar) və xarici (327 milyard dram-882,9 milyon dollar) mənbələr hesabına qarşılanaraq təxminən 537 milyard dram (1,45 milyard dollar) təşkil edəcək. Dövlət borcu/ÜDM nisbətinin 2025-ci ilə görə 49,5%-ə, 2026-cı ilin sonuna isə 52,9%-ə yüksələcəyi gözlənilir.
Bu il dövlət borcunun ödənilməsi və ona xidmət göstərilməsi üçün 1,05 trilyon dram (2,835 milyard dollar) tələb olunacaq ki, bunun da təxminən 420 milyard dramı (1,134 milyard dollar) kreditlər üzrə faiz ödənişləridir. Bu, bütün büdcə xərclərinin 11%-dən çoxunu təşkil edir, əsas borc isə yeni borclar hesabına ödənilir.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Ermənistan büdcə borclar







Vaxtında, Aydın, Lazımlı!


