DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər

DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər
  20 Yanvar 2026    Oxunub:1125
20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib.
Bu barədə AzVision.az -a DTX-nin Mətbuat xidmətindən məlumat verilib.



DTX-nin əməkdaşları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini dərin hüznlə anıblar.



Daha sonra DTX-nin şəxsi heyəti adından "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub, Şəhidlər xiyabanında dəfn edilmiş Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunub.



AzVision.az


Teqlər:



Xəbər lenti