"Qarabağ" bu gün "Ayntraxt"la üz-üzə gələcək

"Qarabağ" bu gün "Ayntraxt"la üz-üzə gələcək
  21 Yanvar 2026    Oxunub:1145
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda bu gün Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu ilə üz-üzə gələcək.
AzVision.az -ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də start götürəcək. Qarşılaşmanın baş hakimi isveçrəli Sandro Şerer olacaq.

Xatırladaq ki, Azərbaycan çempionu hazırda 7 xalla 25-ci pillədə qərarlaşıb. Frankfurt təmsilçisi isə 4 xalla 33-cü sıradadır.


AzVision.az


Teqlər:



Xəbər lenti