Tramp yenə Moskva və Kiyevdən gileylənib

   Tramp yenə Moskva və Kiyevdən gileylənib
  21 Yanvar 2026    Oxunub:1068
ABŞ prezidenti Donald Tramp növbəli şəkildə müharibəni bitirməyə hazır olmadıqlarını sübut edən Ukrayna və Rusiyadan şikayətlənib.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Amerika lideri Ağ Evdə keçirdiyi mətbuat konfransında belə mövqe sərgiləyib.

“Rusiya hazır olanda Ukrayna hazır deyil. Ukrayna hazır olanda isə, Rusiya hazır deyil. Halbuki onlar ayda 25 min insan itirirlər”, - Donald Tramp bildirib.

Politico: “Trampın Zelenski üçün vaxtı yoxdur”
Bəzi nəşrlər daha əvvəl Ağ Evin Davosda Dünya İqtisadi Forumu çərçivəsində (DİF) ABŞ prezidenti Donald Trampın ukraynalı həmkarı Volodimir Zelenski arasında görüş təyin etmədiyini bildirmişdi.

Amerika lideri bundan əvvəl Davosda olsaydı, Volodimir Zelenski ilə görüşəcəyini desə də, hələlik konkret planların olmadığını qeyd edib.

Bununla belə, yanvarın 20-də Tramp Zelenski ilə görüşməyi planlaşdırdığını təsdiqləyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Rusiya   Ukrayna  



Xəbər lenti